Fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN


Fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli

Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli, 1946-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və kitabxanaşünas-biblioqraf ixtisasına yiyələnmişdir. 1968-ci ildə təyinatla Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kitabxana müdiri vəzifəsində işə başlamış və həmin vəzifədə 33 il fasiləsiz çalışmışdır. 1992-ci ildə “Azərbaycan nağıllarında qadın obrazı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına direktor müavini təyin olunmuşdur. 2002-2014-cü illərdə Mərkəzi Elmi Kitabxanada direktor vəzifəsində çalışmışdır. 2010-cu ildə «Azərbaycan folklor kitabı: qaynaqları, təşəkkülü və inkişaf mərhələləri» adlı doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya üzrə elmlər doktoru alimlik dərəcəsini almışdır. Hazırda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini icra edir.
Müxtəlif beynəlxalq elmi konfranslarda, Azərbaycanda kitabxana-informasiya sahəsində innovasiyaların tətbiqinə həsr olunmuş simpozium və seminarlarda dəfələrlə məruzələrlə çıxış etmişdir. Beynəlxalq kitab sərgilərində (Frankfurt, İstanbul, Tehran şəhərləri) Azərbaycanın tarixinə, elminə, iqtisadiyyatına, mədəniyyətinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və s. aid Azərbaycan və xarici dillərdə ədəbiyyatı nümayiş və təbliğ etmişdir. Kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın, kitabşünaslığın və ədəbiyyatşünaslığın aktual məsələlərinə həsr olunmuş 15 kitab və monoqrafiyanın, 170-dan çox elmi məqalənin müəllifidir, 120-ə yaxın biblioqrafik göstəricinin tərtibçi-müəllifi, elmi redaktorudur. BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvüdür.
2009-2014-cü illərdə Azərbaycanda “Kitabxanaşünaslıq, Kitabşünaslıq və biblioqrafiya” üzrə Problem Şurasının sədri olmuşdur. “Kitabxanaların modernləşdirilməsi və davamlı inkişafı Konsepsiya və Dövlət Proqramlarının hazırlanması üzrə Milli İdarələrarası Koordinasiya Şurası”nın, “Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının nəzdində yaradılmış elmi kitabxanalar və informasiya mərkəzlərinin direktorlar şurası”nın, “Amerika Kitabxana Asossiasiyası”nın, “Kitabxanaşünaslıq və biblioqrafıya: elmi-nəzəri, metodik və təcrübi jurnalı”nın redaksiya heyətinin, “Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnalı”nın redaksiya heyətinin, “Biblioteki naüionalğnıx akademiy nauk: problemı funküionirovaniə, tendenüii razvitiə: nauçno-praktiçeskiy i teoretiçeskiy sbornik» adlı nəşrin beynəlxalq redaksiya heyətinin, “Beynəlxalq Elmi Araşdırılmalar Jurnalı”nın redaksiya heyətinin üzvüdür. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərlər” məqalələr toplusunun baş redaktorudur. 8 doktorant, 15 dissertantın elmi rəhbəridir.
2008-ci ildən Yeni Azərbaycan Partiyasının, 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2006-cı və 2010-cu illərdə Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafında xidmətlərimə görə Azərbaycan MEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur.
2011-ci ildə D.S.Lixaçev mükafatı uğrunda müsabiqənin nəticələrinə əsasən “Milli kitab mədəniyyəti kontekstində Azərbaycan folklor kitabının öyrənilməsinə bəxş etdiyi qiymətli xəzinəyə görə” diplomuna layiq görülmüşdür.


Xidməti tel:. (+994 12) 4923197
Mobil tel:. (+994 50) 3766064
Ev tel:. (+994 12) 4415007
Elektron poçtu: aybeniz.kengerli@gmail.com
фильмы бесплатно Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы
© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla