UNESCO ilə əməkdaşlıq » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi portalı
AZ EN


UNESCO ilə əməkdaşlıq

AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu son 15 ildə BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı (UNESCO) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində 2005 və 2017-ci illərdə İnstitutda mühafizə olunan 4 unikal əlyazma bu mötəbər təşkilatın "Dünya Yaddaşı" siyahısına daxil edilmişdir. Bunlar, İbn Sinanın "Tibb elminin qanunu" əsərinin II cildi, Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "əl-Məqalə əs-Sələsun" əsəri və Məhəmməd Füzulinin anadilli "Divanı"nın əlyazmasıdır.

"Dünya Yaddaşı" siyahısına 2005-ci ildə daxil edilmiş əsərlər (Mənbəyə keçid: UNESCO):

1. Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi” (Nizamşahın ehtiyatları)

XII əsr alimi Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. Mətn qızıl suyu ilə çəkilmiş çərçivə ilə çərçivələnib.

2. Əbülqasim Zəhravi. “Əl-məqələtus-səlasim”

X-XI əsrlərdə İspaniyada-Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin tibbə dair “Əl-məqələtus-səlasim” adlı 30 cildlik əsərinin cərrahiyəyə aid XXX cildi bu ensiklopedik əsərin ən dəyərli və maraqlı hissəsidir. Kitabda 200-ə qədər cərrahiyyə alətinin şəkli verilmiş, onlardan istifadə qaydaları izah edilmişdir. 156 vərəqdən ibarət əsər nəsx xətti ilə, qara tuşla XII əsrdə köçürülüb. Cərrahiyyə alətləri qara tuşla aydın çəkilmişdir.

3. Əbu Əli ibn Sina. “Əl-qanun fit-tibb”

Şərqin böyük alimi Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” əsərinin II cildinin əlyazması qədimliyi, mükəmməlliyi ilə diqqəti cəlb edir. H.537, m.1143-cü ildə köçürülmüşdür. 190 vərəqdən ibarət kiabın ölçüsü 24x15 sm, mətnin ölçüsü 18x11 sm, hər səhifədə 18-20 sətir vardır. Nüsxə qara mürəkkəblə, aydın, narın nəsx xətti ilə köçürülmüş, fəsil adları, müalicəvi bitki adları qırmızı mürəkkəblə yazılmışdır.

"Dünya Yaddaşı" siyahısına 2017-ci ildə daxil edilmiş əsər (Mənbəyə keçid: UNESCO):

4. Məhəmməd Füzulinin anadilli “Divan”ı

“Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Komitənin 2017-ci il oktyabrın 24-dən 27-dək keçirilmiş 13-cü iclasında Baş direktor tərəfindən Məhəmməd Füzulinin anadilli “Divan”ının əlyazmasının surəti Reyestrə əlavə olunmuşdur. Şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Füzulinin anadilli "Divanı"nın Bakı əlyazması bu “Divan”ının ən mötəbər nüsxəsi sayılır.
фильмы бесплатно Можно зайти сюда newprogs.net чтобы скачать все для пк, а так же на allfilm.net посмотреть фильмы
© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla