KİTABLARIN SAHƏVİ-TEMATİK TƏSNİFATI

1950-2021-ci illər ərzində İnstitut mütəxəssislərinin hazırladığı 889 kitabdan 526-sı filologiya məsələlərinə, 71-i tarixşünaslıq və mənbəşünaslığa, 54-ü mədəniyyətşünaslığın müxtəlif istiqamətlərinə, 35-i görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına, 28-i tibb, əczaçılıq, xalq təbabəti tarixinə, 27-si ilahiyyata və dinşünaslığa, İslam mədəniyyətinə, 11-i əlyazmaşünaslığın müxtəlif sahələrinə, o cümlədən, xəttatlıq, paleoqrafiya, konservasiya və bərpa işlərinə, 9-u kitabşünaslığa, 7-si kitabxanaşünaslıq və biblioqrafiyaşünaslığa, 4-i İnstitutun fəaliyyətinə, 2-si biologiyaya, 1-i elmşünaslığa, 1-i coğrafiyaşünaslığa, 1-i fəlsəfəyə, 1-i isə hüquqşünaslığa həsr olunmuşdur.

1950-2021-ci illər ərzində İnstitutda əlyazma və əski çap kitablarının referativ təsvirini əhatə edən 52 kataloq, 31 şəxsi biblioqrafik göstərici, 28 arxiv təsviri hazırlanıb çap edilmişdir.

MƏQALƏLƏRİN SAHƏVİ-TEMATİK TƏSNİFATI

1950-2021-cı illərdə İnstitut əməkdaşlarının dərc olunmuş 5575 elmi və elmi-publisistik məqaləsindən 3611-i filologiyaya, o cümlədən ədəbiyyatşünaslıq, dilçilik, ədəbi tərcümə, mətnşünaslıq və linqvistikaya, 437-si tarixşünaslıq və mənbəşünaslığa, 339-u Şərq, o cümlədən Azərbaycan elminin, tarixinin, mədəniyyətinin və incəsənətinin, ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına, 249-u mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinə, mədəniyyətşünaslığa, 236-sı qədim əlyazmalarda əks olunmuş xalq təbabəti, dərman bitkiləri və əczaçılıq bilgilərinə, 174-ü dinşünaslıq və ilahiyyata, 125-i İnstitutun elmi-təşkilati fəaliyyətinə (əsasən müsahibə formasında), 88-i İnstitutdakı şəxsi arxiv materiallarının tədqiqinə, 72-si kitabşünaslığa və kitab tarixinə, 68-i İnstitutun əlyazmaşünaslıq sahəsindəki beynəlxalq əlaqələrin və Azərbaycanın xarici ölkələrdə mövcud olan qədim əlyazmalarının müəyyənləşdirilməsi, öyrənilməsi və repatriasiyası vəziyyətinə, 64-ü əlyazmaşünaslığın, paleoqrafiyanın, kodikologiyanın, arxeoqrafiyanın nəzəri məsələlərinə, 27-si qədim Şərq və Azərbaycan fəlsəfi fikrinin tədqiqinə, 27-si kitabxanaşünaslıq və biblioqrafiyaşünaslığa, 17-si elm tarixi və elmşünaslığa, 12-si biologiya və mikologiyaya, 8-i pedaqogikaya, 6-sı fiqh və hüquqa, 6-sı astrologiya və astronomiya ilə bağlı qədim əlyazmalara, 5-i sosiologiyaya, 2-si coğrafiyaşünaslığa, 1-i ekologiya, 1- isə riyaziyyat və cəbr tarixinə həsr olunmuşdur.

DİL VƏ NƏŞR YERİ ÜZRƏ TƏSNİFAT

Kitablar:
Kitablardan 75-i 6 xarici dildə (5-i türkcə, 48-i rusca, 9-u ingiliscə, 1-i rus və ingiliscə, 1-i macarca, 3-ü ərəbcə, 8-i farsca) nəşr olunmuşdur. O cümlədən, yetmiş il ərzində 19 kitab xarici nəşriyyatlarda (Türkiyədə 3, Rusiyada 4, Almaniyada 2, BƏƏ-də 1, Küveytdə 1, Macarıstanda 1, ABŞ-da 1, Özbəkistanda 1, Gürcüstanda 1, İranda 4 kitab) çap edilmişdir. Bundan başqa, İnstitutun kitab nəşri aktivində əski əlifbada çap olunmuş 3 kitab da var.



Məqalələr:
1950-2021-ci illərdə əlyazmaşünas tədqiqatçıların 10 xarici dildə 947 məqaləsi nəşr olunmuşdur. Rusca 604, türkcə 160, ingiliscə 161, özbəkcə 8, farsca 6, ərəbcə 3, türkməncə 2, almanca 1, italyanca 1, polyakca 1 məqalə işıq üzü görmüşdür.
Onlardan 456 məqalə Azərbaycanda, 491 məqalə isə 36 xarici ölkədə dərc olunmuşdur. 15 məqalə Web of ScienceScopus indeksli jurnallarda nəşr olunmuşdur.