MƏLUMAT BAZASI HAQQINDA
AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunun Elektron Məlumat Bazası əməkdaşların elmi tədqiqat və nəşr fəallığının icmal elmmetrik mənzərəsini (1950-2021-ci illər üzrə) təqdim etmək, onların İnstitutda işlədikləri dövrdə nəşr olunmuş əsərləri haqqında biblioqrafik məlumat vermək məqsədilə yaradılmışdır. Bu istiqamətdə 2019-cu ildən etibarən aparılan işlərə 2021-ci ilin sonunda yekun vurulmuş, nəticədə bazaya 7 minə yaxın əsərin ümumiləşdirilmiş elmmetrik məlumatı və biblioqrafik təsvirləri daxil edilmişdir.
BAZANIN BİBLİOQRAFİK TƏRKİBİ
- Monoqrafiyalar
- Müəllif əsərləri
- Tərcümələr
- Transliterasiyalar
- Dərs vəsaitləri
- Kataloqlar
- Biblioqrafiyalar
- Arxiv təsvirləri
- Jurnal məqalələri
- Mətbu məqalələr
- Məruzə və tezislər
- Müqəddimələr, çıxışlar
- Dissertasiya işləri
AXTARIŞ QAYDASI
Elektron Məlumat Bazasında axtarış zamanı iki və daha artıq sözdən ibarət sorğular "..." işarəsi daxilində verildikdə (məsələn, "Azərbaycan əlyazma kitabı") daha konkret nəticə əldə olunacaqdır.