Şəxsi arxivlərin tədqiqi şöbəsi
1986-cı ildə təsis olunmuşdur. Şöbə müdiri fil.ü.e.d., professor Nailə Səmədovadır.
XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində yaşamış Azərbaycan elm və mədəniyyət xadimlərinin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materiallarının elmi təsviri və biblioqrafik göstəricilərinin hazırlanması; arxivlərin tədqiqi; nəşr edilməmiş materialların müəyyənləşdirilməsi və çapa hazırlanması; XX əsrin əvvəllərində ərəb qrafikası ilə nəşr edilmiş əsərlərin transfoneliterasiyasının tədqiqi işi ilə məşğul olur.