Əlyazmaların gigiyena və bərpası laboratoriyası
1986-cı ildə təsis olunmuşdur. Laboratoriyanın müdiri Zaur Orucovdur.
Əlyazmalar İnstitutunda saxlanılan bütün əlyaz-ma və çap materiallarının elmi əsaslarla gigiyena, rejimli mühafizə-konservasiya, cildləmə və bərpa məsələlərinin həlli; xəzinələrin və sərgi zallarının optimal rejiminə nəzarət; yeni alınan materialların karantin şəraitində gigiyena və bərpası; xəzinələrin zərərvericilərdən təmizlənməsi; dezinfeksiya və dezinseksiya işlərinin həyata keçirilməsi işi ilə məşğuldur.