Təhsil şöbəsi
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Təhsil şöbəsi elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların, magistrantların elmi fəaliyyətinin, təhsilinin həyata keçirilməsi, institutun ali məktəblərlə əlaqəsinin təşkil olunması işi ilə məşğuldur. Təhsil şöbəsi doktorant və dissertantların sənədlərinin qəbulunu, ixtisas fənni üzrə qəbul imtahanları və doktorluq imtahanları üçün testlərin hazırlanmasını, test bankının yaradılmasını və proqram təminatını, doktoranturaya qəbul imtahanları və doktorluq imtahanları üzrə komissiyanın yaradılmasını təşkil edir.
2016-cı ildə təsis olunmuşdur. Şöbər müdiri filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyevadır.