Tövsiyə edilən elmi nəşrlər » Əlyazmalar İnstitutu



Tövsiyə edilən elmi nəşrlər

AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun nəşr etdiyi jurnallar Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər Siyahısına daxil edilmişdir:

1. Əlyazmalar yanmır
2. Elmi əsərlər
3. Filologiya məsələləri

AAK tərəfindən tövsiyə olunan digər jurnallar:

a) Filologiya üzrə jurnallar  (2019)
b) Tarix üzrə jurnallar        (2019)
c) Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq üzrə jurnallar (2019)

Dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən əlavə dövri elmi nəşrlər isə bunlardır.
 
1. Beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı şəkildə nüfuzlu hesab edilən xarici elmi jurnallar.

Qeyd: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Web of Science bazasının (Clarivate Analytics) üç sitatgətirmə sistemindən hər hansı birinə daxil olan jurnalları birmənalı şəkildə nüfuzlu xarici elmi jurnallar hesab edir:

 - Social Science Citation Index-2020 (ictimai elmlər üzrə axtarış sistemi);
 - Arts and Humanities Citation Index-2020 (incəsənət və humanitar elmlər üzrə axtarış sistemi).
 
2. Gənc tədqiqatçıların AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş respublika elmi konfransların materialları.

3. Beynəlxalq və respublika miqyaslı simpozium, elmi konfrans və digər mühüm elmi tədbirlərin materialları.




© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla